Haqqımızda

Sea Breeze Event Hall – şəhərin ən möhtəşəm tədbirlərinin məkanı olan Sea Breeze kurortunun ərazisində yerləşən bənzərsiz bir layihədir!
Burada, hüdudsuz dəniz səthinə baxan möhtəşəm şüşə çadırın atmosferində, biz istənilən şənlik keçiririk: ən təmkinli korporativ tədbirlərdən dünya ulduzlarının çıxışları və dəbdəbəli toyların səs-küylü məclislərinə qədər.

Event Hall 1300 kvadrat metr ərazini əhatə edir. Unikal texnologiya ilə arkalı quruluş konstruksiyanı maksimum dərəcədə yüngülləşdirir, hava və işıqla dolduraraq onu çəkisiz edir.
Bu çoxfunksiyalı məkan professional işıqlandırma və səs avadanlığı, səhnə ilə təchiz olunmuş – ən yüksək texnoloji tədbirlərin təşkili üçün tam hazır edilmişdir.
Kondisioner, istilik və küləkdən qorunma sistemləri Event Hall-u tamamilə fərqli tədbirlər üçün rahat və komfortlu edir: kiçik uşaq şənliklərindən və ad günlərindən korporativ və toy şənliklərinə qədər.
Çadırda rahatlıqla bir ziyafət üçün 500 nəfərlik və furşet üçün 800 nəfərlik qonağı qəbul etmək mümkündür.
Sahənin unikallığı təkcə konstruksiya deyil, həm də bizim mütəxəssislərimizin tədbirinizin təşkilinə yanaşmasındadır. Məsələn, biz nəinki individual olaraq dünyanın müxtəlif mətbəxlərindən ibarət yeməklərindən menyu hazırlaya bilərik, həm də dünyanın hər yerindən özünəməxsus yemək şoularını təqdim edən baş-aşbaz dəvət edə bilərik.