27 avqust Xəzərin sahilində yerləşən Sea Breeze kurortunda konsertlər və genişmiqyaslı tədbirlər üçün unikal bir məkanın – Sea Breeze Event Hall-un rəsmi açılışı baş tutdu. Açılış zamanı EMIN iki illik fasilədən sonra Azərbaycanda solo konsertini verdi.
150 qonaq üçün nəzərdə tutulan axşam, fərqli bir proqramla tematik “ağ” üslubda keçirildi: şam yeməyi, cover-band performansı və yeni məkanın bütün imkanlarını təqdim edən işıq şousu. Gecənin kulminasiyası EMIN-in qrupu ilə canlı konserti idi. Sənətçi ən yaxşı hitlərini ifa etdi və bu yaxınlarda işıq üzü görən “Love is” albomundan yeni mahnılar təqdim etdi. Qeyd etmək lazımdır ki, qonaqların qarşılanması və oturması ölkədəki epidemioloji standartlar nəzərə alınmaqla həyata keçirildi – bütün qonaqlar Covid pasportlu idi və müəyyən məsafədə əyləşmişdilər.
“Bu məkanın açılmasını səbirsizliklə gözləyirdik. Tikinti prosesi əvvəlcə pandemiya səbəbindən asan olmadı, sonra konstruksiyamızı uçuran küləklə mübarizə apardıq, amma indi nəhayət hər şey mükəmməldir və burada toplaşmışıq. Burada hər həftə beynəlxalq sənətçilərin canlı konsertlərini, toylar və tədbirlərin keçirilməsini istəyirəm. Bu gün isə sizin üçün mən çıxış edirəm və çox xoşbəxtəm” deyə Emin çıxış zamanı duyğularını bölüşdü.
Ölkədə Sea Breeze Event Hall-un analoqu yoxdur: şıq dəniz mənzərəsi və estetika, məkanın funksionallığı və birinci dərəcəli texniki xüsusiyyətləri ilə birləşir. Məkan, sənətçilərin çıxışları zamanı qüsursuz səsə və qonaqların rahatlığına zəmanət verir. Sahəsi 1300 kvadratmetr olan panoramik çadır konsert zamanı 1200 tamaşaçı, banket zamanı 500 qonaq və furşüt formatında 800 nəfər yerləşdirməyə imkan verir. İsti aylarda şəffaf yan divarlar tamamilə yüksəlir, Xəzərin ideal mənzərəsini açır və məkanı dəniz küləyi ilə doldurur.
Sea Breeze Event Hall, istifadə olunan materialların şəffaflığı və görünən yüngüllüyü səbəbindən havadar görünən uzun bir tağlı konstruksiyadır. Ancaq məkanın unikallığı yalnız xarici üstünlüklər və təsir edici lokasiyası ilə məhdudlaşmır: təşkilatçıların özəl tədbirlərə yanaşması dünyanın müxtəlif mətbəxlərindən yeməklərlə fərdi menyu hazırlanması və dünyanın hər yerindən öz imzası ilə fərqlənən aşbaz dəvət etmək imkanları nəzərdə tutulur.
Quraşdırılmış kondisioner, isitmə və küləkdən müdafiə sistemləri sayəsində tədbirlər il boyu burada keçirilə bilər. Məşhur sənətçinin konserti və ya geniş miqyaslı korporativ tədbir, beynəlxalq konfrans və ya dəniz sahilində xəyallardakı toy mərasimi – Sea Breeze Event Hall möhtəşəm hadisələr təşkil etmək üçün ideal məkandır.
Bu yayın əsas açılışların arasında ən məşhur müasir məktəblərindən biri olan Landau və Xəzərin sahilində yerləşən Sea Breeze Event Hall-un açılışları yer alır.